AZ

Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 6-sı saat 14:30-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

“İki sahil” xəbər verir ki, belə ki, Naxçıvan, Şərur, Şahdağ, Gədəbəy, Şəki (Kişçay), Naftalan, Altıağac, Qobustan, Quba, Qusar, Xaltan, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Çocuq-Mərcanlı, Şamaxıda qar, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Lənkəran, Astara, Neftçala, Biləsuvar, Qazax, Tovuz, Ağstafa, Xaçmaz, Yevlax, Ağsu, Oğuz, İsmayıllı, Balakəndə yağış yağır.

Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şamaxı, Gəncədə 18 m/s, Şahbuzda 17 m/s, Culfada 16 m/s-yə çatıb.

Sumqayıt, Qusar, Qrız, Daşkəsən, Göygöl, Şamaxı, Zaqatala, Qax (Sarıbaş), Şəki (Kişçay), Balakən, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
5
ikisahil.az

1Mənbələr