AZ

Biləsuvarda 2 avtomobil toqquşdu - 5 yaralı var - Foto - Yenilənib

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralından rayonun Əsgərabad kəndinə giriş hissəsində qeydə alınıb.

Belə ki, “Vaz 2115” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 5 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvardakı yol qəzasında yaralananların adları məlum olub.

Xəsarət alanlar Biləsuvarın Təzəkənd sakinləri - Abbasov Sabahəddin (1973-cü il təvəllüdlü), Əliyev Təbriz (1982-ci il təvəllüdlü), Abasov Fəzail Qədəş oğlu (1985-ci il təvəllüdlü) və Cəlilabad rayon sakinləri - Ramil Turabov (1984-cü il təvəllüdlü) Şücaət Quliyevdir (1968-ci il).

 

Surxay Şahbazov


Seçilən
20
qafqazinfo.az

1Mənbələr