Neymar uzun fasilədən sonra yaşıl meydanlara geri dönüb.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal"dan ayrılaraq 12 il öncə futbola başladığı "Santos"a qayıdan braziliyalı oyunçu "Botofaqo" ilə oyunun ikinci hissəsində oynamaq şansı əldə edib.
Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.
Ulduz futbolçu meydanda olduğu müddət ərzində fərqlənməyi bacarmayıb.