AZ

Qaş-qabaq salladı, Qurban Qurbanovun zəhləsini tökdü - AYRILIĞIN 2 ŞOK SƏBƏBİ!

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən Ağdam komandasında çıxış edən Romao 120 oyunda 2 qol vurub.

O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Julio Romao karyerasını Macarıstanda - "Ferensvaroş"da davam etdirəcək. Budapeşt klubu braziliyalını hələ ötən ilin əvvəlində sıralarına qatmaq istəyirdi.

"Qarabağ"ın 2022-ci ilin iyulunda "Santa Klara"dan (Portuqaliya) sıralarına qatdığı "sambaçı"ya görə 1 milyon avroluq təklif göndərmişdilər. Azərbaycan çempionu nə o vaxt, nə də ondan sonra Romao ilə vidalaşmaq niyyətində idi.

Cənubi amerikalının müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi. Qurban Qurbanov son anda iki səbəb üzündən bu ayrılığa razılıq verib.

"Ferensvaroş"un Kadi Borgesin "Qarabağ"a buraxması və Julio Romaonun axır vaxtlar özünü "ərköyün uşaq" kimi aparması. Macarlar bu "dəyiş-düyüş"ün müqabilində Kadiyə görə təzminat almayıb.

Onun həmyerlisi isə ötən həftələr ərzində dəfələrlə rəhbərliyin və baş məşqçinin qapısını döyərək, Azərbaycandan getmək fikrinə düşdüyünü bildirib.

Dayaq yarımmüdafiəçisi daha güclü çempionatda oynamağı arzuladığını, aldığı təkliflər arasında "Ferensvaroş"un şərtlərini məqbul hesab etdiyini söyləyib.

Romao "Qarabağ"da qalacağı təqdirdə, özünü psixoloji cəhətdən buna hazır edə bilməyəcəyini qeyd edib.

Qurbanov həmişə üzü gülən, "sambaçı"nın artıq qaş-qabaq tökməsini, məşqlərdə həvəssiz iştirakını, avrokuboklarda özünü pis tərəfdən göstərməsini təsadüfi saymayıb, onun komandanın əhval-ruhiyyəsini korlamasından ehtiyatlanıb.

SPORTİNFO.AZ

Seçilən
39
sportinfo.az

1Mənbələr