Bakı, 6 fevral, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Crescent Petroleum” şirkətinin fəaliyyəti barədə məlumat verilib. Şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.