AZ

Ukrayna: "Rusiya hava bazasına hücum etdik"

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətindəki Primorsko-Axtarsk aviabazasına hava hücumu təşkil etdiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Krasnodar bölgəsindəki Primorsko-Axtarsk hava bazasına pilotsuz uçuş aparatları ilə hücum edilib.

Həmçinin Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirdiyini bildirib.

Açıqlamada hücumda 2 ədəd “İskəndər-M” tipli ballistik raket və 77 İHA-dan istifadə edildiyi, 56 İHA-nın havada məhv edildiyi bildirilib.

Seçilən
42
operativmm.az

1Mənbələr