İranda “Rossotrudniçestvo”nun rəhbəri Liliya Pankina bildirib ki, Rusiya Elm və Mədəniyyət Mərkəzi (RXM) Tehranda fəaliyyətə başlayacaq. Mərkəzin festivalların və digər mədəni tədbirlərin təşkili məkanına çevriləcəyi bildirilir. Burada rus dili kursları da təşkil olunacaq. Rusiya Elm və Mədəniyyət Mərkəzi rus ədəbiyyatını populyarlaşdıracaq, hər kəsə rus dilində kitablar əldə etmək imkanı verəcək.
Qeyd edək ki, “Rossotrudniçestvo” bundan əvvəl 2026-cı ilə qədər Tehranda Rusiya mədəniyyət mərkəzinin fəaliyyətə başlayacağını elan edərək, ölkələr arasında mədəni əlaqələrin intensivliyinin artırılmasının vacibliyini qeyd etmişdi.
//Samir Qurbanov, Editor.az