Bakı. Trend:
Bakı şəhərində “rəqəmsal məktəb” layihəsi tətbiq edilməyəbaşlayacaq.
Trend xəbər verir ki, bunuElm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdədeyib.
O bildirib ki, bu layihə ilə insanlar öz övladının dərsini,qiymətini, müəllimlərini görə biləcək.
“Burada hərənin özünə aid məlumatlar toplanacaq. Valideynkabinetində qiymətlər, övladının nizam-intizam qaydalarına uymasıqeyd ediləcək. Eyni zamanda valideynlər dərsləri izələyə vəqiymətləndirmə edə biləcək”-deyə o əlavə edib.