AZ

Azərbaycanın bütün məktəblərində telefon QADAĞAN ediləcək

Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib.

"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib", - nazir bildirib.

Qeyd edək ki, şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Seçilən
18
7
modern.az

8Mənbələr