AZ

324 təhsil müəssisəsi "Rəqəmsal Məktəb" sisteminə keçib

“Bakı şəhərində 324 təhsil müəssisəsi “Rəqəmsal Məktəb” platformasına keçid edir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, həmin məktəblərin daxilində 500 mindən çox şagird, 30 mindən çox işçi mövcuddur. Valideynlər platformaya daxil olaraq övladlarının hansı məktəbdə təhsil aldığına və günlük dərs cədvəlinə nəzarət edə bilər. 

“Platformada şagird, müəllim, direktor və valideyn kabinetləri var. Bir çox proseslərin rəqəmsallaşdırılması nəticəsində tədris prosesində və idarəetmədə kağız daşıyıcılardan istifadə minimuma ediriləcək”. 

Mina Mikayılova

Seçilən
20
bakivaxti.az

1Mənbələr