AZ

"Mançester Yunayted" Martinezi də itirdi

"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinez uzun müddətə sıradan çıxıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun dizinin çarpaz bağları cırılıb. Bildirilir ki, argentinalının hazırda dəqiq müalicə kursu və reabilitasiya müddətini müəyyən etmək üçün tibbi müayinədən keçməkdə davam edir.

Bu mövsüm Martinez bütün yarışlarda 32 matçda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib. “Mançester Yunayted” fevralın 7-də evdə “Lester”lə qarşılaşacaq. İngiltərə kubokunun 1/8 final mərhələsinin oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Seçilən
21
90deqiqe.az

1Mənbələr