AZ

Panama ABŞ-ın kanal ilə bağlı bəyanatını təkzib edir

Bakı, TurkicWorld

Panama, ABŞ Dövlət Departamentinin hökumət gəmilərinin artıq Panama kanalından heç bir rüsum ödəmədən keçə biləcəyi ilə bağlı açıqlamasını rədd edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, bu barədə Panama Kanalı Administrasiyası X hesabında paylaşım edərək, ABŞ ilə dialoqa açıq olduqlarını vurğulayıb.

"ABŞ Dövlət Departamentinin açıqlamasına cavab olaraq, Panama Kanalı Administrasiyası bildirir ki, Kanaldan keçid və digər ödənişləri təyin etmək səlahiyyətinə malik olaraq, bu məsələdə heç bir dəyişiklik etməyib." -deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Fevralın 3-də ABŞ Dövlət katibi Marko Rubio Panama şəhərində Panama prezidenti Xose Raul Mulino ilə görüşüb.

Görüş zamanı ABŞ prezidenti Donald Tramp, Panama kanalının Çinin nəzarətində olduğunu iddia edərək , “Onlar müqaviləni pozdular. Biz ya Panama kanalını geri alırıq, ya da çox güclü bir şey baş verəcək”. - deyə bildirib.

Buna cavab olaraq, Panama prezidenti Mulino, kanalın idarəçiliyinin Panama tərəfindən davam etdiriləcəyini və bu məsələnin müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeeyd edək ki, Mərkəzi Amerikada, Kosta Rika və Kolumbiya arasında yerləşən Panama Kanalı, təxminən 77 kilometr uzunluğa malikdir və kilid-dok sistemi ilə işləyir. Qlobal dəniz ticarətinin təxminən 5 faizinə nəzarət edən kanal, hökumətdən asılı olmayan bir Panama agentliyi tərəfindən idarə olunur. Sakit və Atlantik okeanlarını birləşdirən kanal, Panamaya hər il 2,5 milyard dollar gəlir gətirir və geosiyasi mövqeyinə görə beynəlxalq səviyyədə böyük əhəmiyyət daşıyır.

Seçilən
44
turkic.world

1Mənbələr