AZ

Soyuq müharibə - Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir...

Rusiya tərəfinin hadisəyə qərəzli yanaşmasını nəzərə alaraq rəsmi Bakı Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün hazırlıq işləri aparır...

İqtisadçı-ekspert: “Azərbaycan bu məsələdə sonuna qədər haqlıdır. Azərbaycanın haqlı və hüquqi tələbləri yerinə yetirilməsə, Beynəlxalq məhkəməyə müraciət etmək də Azərbaycanın haqqıdır”.

“Sadəcə Rusiyanın təsir edə biləcəyi sahələr var ki, burada Azərbaycan öncədən önləmlər almalıdır”.

Bu sözləri İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın Rusiyanı beynəlxalq məhkəməyə verəndən sonra təsir imkanlarını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən yayılan məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını nəzərə alaraq rəsmi Bakı Rusiyanı beynəlxalq məhkəməyə vermək üçün hazırlıq işləri aparır.

Belə bir müraciət Azərbaycanla Rusiyanın iqtisadi və siyasi münasibətlərinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Bu Ərəb ölkələri, Pakistan, Orta Asiya Respublikaları ola bilər”.

Rusiyada yaşayan soydaşlarımızın Azərbaycana qayıtmasının təhdid olmadığını vurğulayan ekspert Poliqon-a bildirib ki, əksinə, bu Azərbaycan üçün iqtisadi fürsətə çevrilə bilər:

Azərbaycan bu məsələdə sonuna qədər haqlıdır. Azərbaycanın haqlı və hüquqi tələbləri yerinə yetirilməsə, Beynəlxalq məhkəməyə müraciət etmək də Azərbaycanın haqqıdır. Bu zaman da Rusiyanın Azərbaycana qarşı münasibəti dəyişə bilər. Amma bu o demək deyil ki, Azərbaycan haqlı mövqeyindən çəkinməlidir. Sadəcə Rusiyanın təsir edə biləcəyi sahələr var ki, burada Azərbaycan öncədən önləmlər almalıdır.

Rusiya əsasən iki istiqamət Azərbaycana təsir göstərə bilər:

Birincisi, miqrantlarımızla, yəni orada yaşayan soydaşlarımızla bağlı təsir göstərmək imkanına sahibdir.

İkincisi də, kənd təsərrüfatı məhsullarında zaman-zaman siyasi qurdların tapılması ilə təsir göstərir. Normalda qurd tapılmır, amma siyasi xəstəliklər və guya siyasi qurdlar tapılır. Beləliklə də, kənd təsərrüfatı məhsullarımızı geri qaytarırlar.

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatında miqrantların bacarığından istifadə etmək lazımdır”.

Bu iki istiqamətdə Azərbaycan çalışmalıdır ki, Rusiyadan gələn təzyiqlərə və təsirlərə qarşı önləmlər alsın.

Birincisi, Rusiyada yaşana soydaşlarımızın Azərbaycana qayıtması təhdid deyil. Əksinə, iqtisadi fürsətdir. Əgər gələcəklərsə, lap yaxşı, onları qarşılamaq və Azərbaycan iqtisadiyyatında onların bacarığından istifadə etmək lazımdır.

İkincisi isə, kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Bu Ərəb ölkələri, Pakistan, Orta Asiya Respublikaları ola bilər. Yəni bu istiqamətdə də işlər görülməlidir”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr