AZ

Hadrianopolis Antik Şəhəri açıq muzeyi fəaliyyətə başladı

Vətəninfo.az xəbər verir ki, Karabük valisi Mustafa Yavuz Hadrianopolis Antik Şəhərinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə rəsmi açıq muzey elan edildiyini açıqlayıb.

Mustafa Yavuz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Hadrianopolis Antik Şəhərinin Safranbolu Muzey İdarəsinə bağlı açıq muzey kimi qeydə alınmasının məqsədəuyğun hesab edildiyini bildirib. O, bu qərarın tarixi və mədəni irsin qorunması və tanıdılması baxımından mühüm bir addım olduğunu vurğulayaraq “Bu hadisə Hadrianopolisin turizmdə layiq olduğu mövqeyə çatmasına töhfə verəcək. Tarixin izini sürmək istəyən bütün ziyarətçilərimizi Hadrianopolisi kəşf etməyə dəvət edirik” ifadələrini işlədib.

Seçilən
12
2
veteninfo.az

3Mənbələr