AZ

Azərbaycanın bütün məktəblərində telefon qadağan ediləcək -NAZİR

"Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır".

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib.

"Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib", - nazir bildirib.

Qeyd edək ki, şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Seçilən
19
7
cebheinfo.az

8Mənbələr