Türkiyədə influenser krem reklamına görə cəzalandırılıb. Burcu Tunçok adlı influenser təqdim etdiyi kremin namaza başlamağa təşviq etdiyini iddia edib.
KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, Burcu Tunçoka 880 lirə cərimə tətbiq edilib.
229 min izləyicisi olan influenser reklam mətnində həssas və qeyri-etik ifadələrə yer verdiyi üçün bu cəza ilə üzləşib.