Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi “YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu” layihəsi çərçivəsində müəllim və şagirdlərimiz üçün təlimlər davam edir.
Təlimdən görüntüləri təqdim edirik.
Xatırladırıq ki, “YOLU TAP! Zehni və fiziki inkişaf üçün şagirdlər arasında orienterinq oyunu” adlı layihə, İradə İmanbəyli tərəfindən Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində həyata keçirilir. Layihənin məqsədi, şagirdlərin fiziki və zehni inkişafını dəstəkləmək və onları açıq hava şəraitində yönləndirmə və komanda işində gücləndirməkdir.
Layihə çərçivəsində Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində “YOLU TAP!” adlı orienterinq oyunu təşkil ediləcəkdir. Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlıq qurulacaq və onların dəstəyi ilə bir ekspert layihəyə cəlb ediləcəkdir. Məktəbdən seçilən 40 şagird (hər birində 20 nəfər olmaqla iki qrup) üçün səmti müəyyən etmə təlimləri və oyunları təşkil olunacaqdır.
Layihənin icra mərhələsində hər qrup üçün 4 saatlıq təlimlər keçiriləcək və ardınca məktəbin həyətində orienterinq oyunu baş tutacaqdır. Layihənin davamlılığı məqsədilə məktəbdə “İnteraktiv Oyunlar Klubu” yaradılacaq və hər ay şagirdlər üçün yeni interaktiv oyunlar təşkil ediləcəkdir.