AZ

Tramp ən güclü kadırını Avropaya göndərir

Tramp

Münxen Təhlükəsizlik Konfransında ABŞ-nın vitse-prezidenti J.D.Vens də iştirak edəcək. Fevralın 14-dən 16-dək keçiriləcək tədbirdə milli təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Reyting.az
xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan liderlər Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə məsələsinə də toxunacaqlar.

Qeyd edilir ki, ABŞ-nın vitse-prezidenti J.D.Vens bundan əvvəl AI Action sammitində iştirak etməyi planlaşdırır. Bu sammit 10-11 fevral tarixlərində Parisdə keçiriləcək.

Bu, onun yanvarın 20-də vəzifəyə başladıqdan sonra xarici siyasət məsələlərinə ilk “ictimai müdaxiləsi” olacaq.

Münxen Təhlükəsizlik Konfransına ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun da iştirak edəcəyi bildirilir. Üstəlik, diplomat Münxendə Ukraynada müharibəyə son qoymaq üçün Trampın strategiyasını təqdim etməyə hazırlaşır.

E. KAMAL
Seçilən
2
reyting.az

1Mənbələr