AZ

Hindistanın qırıcı təyyarəsi qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “ANİ” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində, Madhya-Pradeş ştatında baş verib.

Pilot təcili katapult edib və təhlükəsiz şəkildə yerə enib.

Qəza yerindən yayılan görüntülərdə təyyarənin qalıqlarının alovlandığı və tüstünün yüksəldiyi görünür.

Hazırda hadisənin başvermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır.

Seçilən
52
cebheinfo.az

1Mənbələr