2024-cü ildə 147 müəssisədə şagird sayı ilə bağlı rasionallaşdırılma aparılıb.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O qeyd edib ki, rasionallaşdırmalar zamanı şagirdlər ən yaxın müəssisələrə cəlb edilib.
"Bu həm təhsil səviyyəsinin yüksəlməsinə xidmət edir, həm də maaliyyə problemlərini həll edir", - deyə nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, 2025-ci ildə isə 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq.