AZ

Bakıdakı “Rus evi” bağlanır - Rusiyaya bildiriş göndərildi - Yenilənib

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Bildirilib ki, daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

***

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalının efirində Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan bildiriş aldığını təsdiqləyib.

“Bildirişdə qeyd olunub ki, “Rus Evi” yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyata alınmalıdır”, - deyə Primakov qeyd edib.

 

Seçilən
52
21
qafqazinfo.az

10Mənbələr