AZ

"İqtisadiyyatda Həmrəy Qadınlar" adlı ənənəvi səhər yeməyi keçirilib

Tədbirə dövlətqurumlarının nümayəndələri, diplomatik korpus üzvləri və qadınsahibkarlar qatılıb.

1 fevral 2025-ci ildə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafıAssosiasiyasının (AQSİA) təşkilatçılığı ilə "İqtisadiyyatda HəmrəyQadınlar" adlı ənənəvi səhər yeməyi keçirilib. Tədbirə dövlətqurumlarının nümayəndələri, diplomatik korpus üzvləri və qadınsahibkarlar qatılıb.

Tədbirin əsas məqsədi qadın sahibkarların üzləşdiyi problemlərimüzakirə etmək, onların bizneslərinin inkişafını dəstəkləyənmexanizmləri təqdim etmək və yeni əməkdaşlıq imkanlarınıdəyərləndirmək olub.

Səhər yeməyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, DövlətMəşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, Meksikanın Azərbaycandakı səfiri Victoria Romero, “AzərbaycanNar İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri FərhadQaraşov, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədriSamir Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

AQSİA sədri çıxışında qadın sahibkarlığının ölkə iqtisadiyyatınatöhfəsini vurğulayıb və bu sahənin inkişafı üçün göstərilən dəstəyinəhəmiyyətindən danışıb.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarlaragöstərilən dövlət dəstəyi proqramlarını və yeni təşəbbüsləri təqdimedib.
Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev qadınlarınməşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyatakeçirilən layihələrdən bəhs edib.

Özbəkistan və Meksika səfirləri iki ölkə arasında iqtisadiəməkdaşlığın perspektivləri və qadın sahibkarların beynəlxalq ticarətəlaqələrinə cəlb olunmasının əhəmiyyəti barədə fikirlərinibölüşüblər.

Tədbir səmimi və məhsuldar mühitdə keçib. Qadın sahibkarlar özuğur hekayələrini bölüşərək, bizneslərini genişləndirmək üçünbeynəlxalq bazarlara çıxış imkanlarını müzakirə ediblər. Görüşiştirakçıları arasında gələcək əməkdaşlıqlar üçün yeni əlaqələrqurulub.

Tədbirdə əsas sponsorlar olan "Dore Group" MMC və "Filtrex" MMC-nin video təqdimatları nümayiş etdirilib. Təqdimatlar zamanışirkətlərin fəaliyyəti, strateji məqsədləri, xidmət sahələri və məhsulçeşidləri haqqında ətraflı məlumat verildi.

Seçilən
19
1
operativmedia.az

2Mənbələr