Filippinin cənubunda kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
"Beech King Air 350" kiçik təyyarəsi yerli vaxtla saat 14:00 radələrində Filippinin cənubundakı Maguindanao del Sur əyalətinin Ampatuan qəsəbəsində düyü tarlasına çırpılıb.
Qəza nəticəsində təyyarədə olan 4 nəfərin həyatını itirdiyi və cəsədlərinin yerli əhali tərəfindən təyyarənin qalıqları altından çıxarıldığı bildirilib.
Təyyarədə olan 3 nəfərin xarici ölkə vətəndaşı olduğu və şəxsiyyətlərinin müəyyən edilməsi üçün araşdırma aparıldığı öyrənilib.
Qəzanın səbəbi hələlik məlum deyil.