2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika fənnləri üzrə müəllimlər sertifikasiyaya cəlb olunacaqlar.
Day.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, 2026-cı ildə isə tarix, musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə üzrə fənn müəllimləri sertifikasiyaya cəlb olunacaqlar.
"2027-ci ildə bütün fənlər üzrə müəllimlərin sertifikatlaşdırılması planlaşdırılır", - deyə nazir əlavə edib.