AZ

Bu il 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq

2024-cü ildə 147 müəssisədə şagird sayı ilə bağlı rasionallaşdırılma aparılıb.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O qeyd edib ki, rasionallaşdırmalar zamanı şagirdlər ən yaxın müəssisələrə cəlb edilib.

"Bu həm təhsil səviyyəsinin yüksəlməsinə xidmət edir, həm də maaliyyə problemlərini həll edir", - deyə nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, 2025-ci ildə isə 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq.

Seçilən
20
5
apa.az

7Mənbələr