"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu London təmsilçisinin "Bayern Münhen"dən icarəyə götürdüyü gənc hücumçu Matis Telin aqibətinin necə olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssisin sözlərini "Reuters" belə çatdırıb:
"Tel "Tottenhem"də qalacaq. Düşünürəm ki, o, cari mövsümün sonuna qədər "Tottenhem"in futbolçusu olacağını sübut edəcək. Onu buraya 6 ay müddətinə gətirməmişəm".
Xatırladaq ki, İngiltərə klubu yayda 60 milyon avro ödəyərək Telin transfer hüquqlarına yiyələnə bilər. Cari mövsümün ilk yarısında "Bayern" forması ilə 14 matça çıxan 19 yaşlı forvard 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat