AZ

Marselo karyerasını başa vurdu

"Real Madrid"in və Braziliya millisinin sabiq futbolçusu Marselo karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşıb.

Marselo "Fluminense" futbol klubunun yetirməsidir. Müdafiəçi 2007-ci ildə "Real Madrid"ə keçib. "qaymaqlılar"ın heyətində braziliyalı ümumilikdə 25 kubok qazanıb. Marselo beş dəfə Çempionlar Liqasını, altı dəfə İspaniya çempionluğunu və iki dəfə İspaniya kubokunu qazanıb.

2022-ci ilin yayında müdafiəçi Yunanıstanın "Olimpiakos"una keçdi, lakin 2023-cü ilin fevralında müqaviləyə xitam verdi. 2023-cü ilin fevralından 2024-cü ilin noyabrına qədər Marselo “Fluminense”də çıxış edib.

Seçilən
3
1
90deqiqe.az

2Mənbələr