Braziliya millisinin və “Real” sabiq müdafiəçisi Marselo karyerasını bitirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sol cinah oyunçusu özü sosial şəbəkə hesabında paylaşım edib.
O, 36 yaşında futbolla vidalaşdığını elan edib.
Qeyd edək ki, Marselo “Real”dakı çıxışı ilə tanınıb. O, 2007-2022-ci illər aralığında Madrid klubunun formasını geyinib.