Bakı. Trend:
Mən hesab edirəm ki, müəllim sinifdə dərs dediyi uşağa dərsdənsonra repititorluq edirsə, bu onun üçün ayıbdır.
Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu günkeçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkəndeyib.
Nazir bildirib ki, cəmiyyətdə repititorluğa münasibət birmənalıdeyil:
"Bir qisim düşünür ki, məktəb çox pis vəziyyətdədir, buna görərepititor yanına getməlisən. Digər qisim isə düşünür ki, aliməktəbə hazırlıq üçün repititor yanına getmək lazımdır. Başqa birməqam isə valideyn işləyir və uşağını məcbur şəkildə repititoryanına göndərir ki, axşam evə gələndə dərsləri hazırlamaq üçünəlavə vaxt getməsin. Repititorluğun geniş yayılmasına digər səbəbisə evdə rus dilində danışmayanların uşaqlarını tədrisin rusdilində olduğu məktəbə göndərməsidir. Yəni repititorluq həm dəseçim məsələsidir.
"Bizim arqumentimiz budur ki, repititorluq edən müəllim də həmdə məktəbdə dərs deyir. Necə ola bilər ki, həmin müəllim sinifdəpis müəllimdir, amma repititor olaraq yaxşıdır? Mən hər zamandemişəm, bu həm də vijdan məsələsidir", - deyə o əlavə edib.