AZ

Rusiyanın Ukraynadakı cinayətləri ilə bağlı xüsusi tribunal yaradılır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın Ukraynadakı cinayətləri ilə bağlı xüsusi tribunal yaratmağı planlaşdıran beynəlxalq strukturlar qeyri-konstruktiv mövqe tutur.

Kreml sözçünün sözlərinə görə, bu məsələlərlə məşğul olan “qondarma ekspertlər” 2014-cü ildə Ukrayna hakimiyyətinin hərəkətlərinə məhəl qoymayıblar. “Biz hesab edirik ki, bütün bu beynəlxalq strukturlar və ekspertlər bilərəkdən tamamilə birtərəfli və qeyri-konstruktiv mövqe tuturlar. “Onlar reallığa baxmağa hazır deyillər” – Dmitri Peskov deyib. “Kiyev rejimi öz ölkəsində zorla rejim dəyişikliyi və hakimiyyət dəyişikliyinin nəticələri ilə razılaşmaq istəməyən öz xalqına qarşı tanklar göndərəndə, bütün bu qondarma ekspertlər susublar, ona görə də biz onları heç bir şəkildə qəbul edə bilmərik və onları ekspert hesab edə bilmərik”, – deyə o, sözlərinə davam edib.

Qeyd edək ki, fevralın 4-də Avropa Şurasının baş katibi Alen Berset 41 ölkənin, həmçinin Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin iştirakı ilə Ukrayna üzrə xüsusi tribunalın yaradılmasına dair razılaşmanın əldə edildiyini açıqlayıb. Xüsusi tribunalın nizamnamə layihəsi artıq təsdiqlənib. 3-4 fevral tarixlərində onu yaradan qrup 13-cü dəfə Brüsseldə görüşüb. KİV-in məlumatına görə, yaza planlaşdırılan iclasda xüsusi tribunalın yaradılması ilə bağlı sənəd imzalana bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr