AZ

Marselo karyerasını bitirdi

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Marselo karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, 36 yaşında butslarını mıxdan asıb.

Qeyd edək ki, 2007-2022-ci illər aralığında İspaniya nəhənginin uğurları üçün çalışan Marselo 6 dəfə La Liqanın, 2 dəfə İspaniya Kubokunun, 5 dəfə İspaniya Superkubokun, 5 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun qalibi adını qazanıb. Onun son iş yeri 2023-cü ilin fevralınbdan ötən ilin noyabrınadək formasının geyindiyi "Fluminense" olub.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr