AZ

 Rusiyadan Bakıdakı "Rus evi" ilə bağlı AÇIQLAMA

 Azərbaycandakı Rus evi kirayə götürdüyü binanı yaxın vaxtlarda satmaq niyyətində olduğunu bildirdiyi üçün ay yarım ərzində boşalmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalında məlumat verib.

“İş ondadır ki, hazırda yaranan qalmaqal fonunda bir müddət əvvəl icarəyə götürdüyümüz binanın sahibi onu təcili satdığını bildirib və köçməyimizi xahiş edib. Binanı tərk etməli olduğumuz vaxt yaxınlaşır, təxminən ay yarımdan sonra o gələcək” - Primakov deyib.

Seçilən
34
ucnoqta.az

1Mənbələr