AZ

Rus bölməsində daha bir fənn Azərbaycan dilində tədris olunacaq

Azərbaycan ədəbiyyatı fənnini də rus bölməsində ana dilində tədris etməyə hazırlaşırıq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan məktəbində dövlət hesabına təhsil alan şəxs Azərbaycan dilini mükəmməl bilməlidir. Azərbaycan vətəndaşları niyə Səməd Vurğunu, Nəsimini rus dilində öyrənməlidirlər ki? Səməd Vurğunun şeiri elə Azərbaycan dilində öyrənilməlidir. O ki, qaldı Azərbaycan tarixinin rus dili bölməsində təhsil alan şagirdlərin öyrənə bilməməsi, burada günah bizdə deyil. Altıncı sinifdə oxuyan, Azərbaycanda təhsil alan şagird tariximizi ana dilində oxuyub-anlamalıdır. Çünki, Azərbaycan tarixi bizim milli kimliyimizdir”, deyə nazir vurğulayıb.

Seçilən
78
39
buta.media

10Mənbələr