Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas Suriyanın xarici işlər naziri Əsəd əl-Şibanini Brüsselə səfərə dəvət edib. Bu barədə cümə axşamı keçirilən brifinqdə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Ənvər əl-Anuni məlumat verib.
"Mən təsdiq edə bilərəm ki, Aİ-nin baş diplomatı Ər-Riyaddakı görüşü zamanı Əsəd Şeybanini Brüsselə səfərə dəvət edib", - deyə cənab əl-Anuni bildirib.