AZ

Estoniyada enerji obyektlərini mühafizəyə götürdülər

Estoniyanın enerji obyektləri silahlı mühafizəyə götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Qeyd olunur ki, “Kaitseliit” (könüllü hərbiləşdirilmiş birləşmə) və polis ölkənin elektrik infrastrukturunun bütün əsas obyektlərində, o cümlədən yarımstansiyalarda və kritik elektrik xətlərində silahlı mühafizəçilər yerləşdirib.

Estoniyanın Rusiya elektrik şəbəkəsindən ayrılması ərəfəsində “artan təhlükə” səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib. Estoniya fevralın 8-də BRELL ilə əlaqəni kəsəcək.

Polis, İqlim Nazirliyi ilə əməkdaşlıq edərək, Estoniyada elektrik təchizatı üçün ən böyük əhəmiyyət kəsb edən 40-dan çox ərazini müəyyən edib. 

Polis sözçüsü bildirib ki, onlardan bəziləri polis patrul marşrutlarına daxil edilib, digərləri isə Müdafiə Liqası ilə əməkdaşlıq çərçivəsində silahlı mühafizəçilərlə təmin olunub.

Seçilən
38
operativmm.az

1Mənbələr