1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Pərvin Məmmədova yenidən Qarabağ Dirçəliş Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə o, öz "Facebook" hesabında paylaşım edib.
Xatırladaq ki, Pərvin Məmmədova bir müddət əvvəl səhhətilə əlaqədar olaraq vəzifəsindən ayrılmışdı.
Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.