AZ

Qadınların önəmsəmədiyi bu əlamətlər ciddi problemlərin xəbərçisi ola bilər - 5 mühüm siqnal

Qadınların önəmsəmədiyi bu əlamətlər ciddi problemlərin xəbərçisi ola bilər -

Qadınların sağlamlığına diqqət etməsi uzun və keyfiyyətli həyat sürmələri üçün vacibdir. Bəzi əlamətlər ciddi problemlərin xəbərçisi ola bilər və vaxtında tədbir görülməsi mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az bildirir ki, menstruasiya dövründə həddindən artıq sancılar, nizamsız qanaxmalar və ya digər qeyri-adi simptomlar hormonal balanssızlıq və ya polikistik yumurtalıq sindromu (PCOS), endometrioz və tiroid xəstəlikləri kimi problemlərin göstəricisi ola bilər.

Döşlərdə şişkinlik, ağrı, ölçü dəyişikliyi və ya qeyri-adi axıntılar döş xərçənginin ilkin əlamətlərindən ola bilər. Xüsusilə 40 yaşdan sonra müntəzəm olaraq həkim müayinəsindən keçmək vacibdir.

Vaginal axıntının rəngi, qoxusu və miqdarı sağlamlıq vəziyyəti haqqında məlumat verə bilər. Axıntıda dəyişikliklər mikrob infeksiyalarına və ya cinsi yolla keçən xəstəliklərə işarə edə bilər. Bu hallarda mütəxəssisə müraciət etmək və müntəzəm olaraq testlərdən keçmək məsləhətdir.

Menopozdan sonra baş verən qanaxmalar ciddi xəstəliklərin, o cümlədən uşaqlıq xərçənginin əlaməti ola bilər. Bu kimi hallarda dərhal həkimə müraciət edilməlidir.

Menopoz dövründə estrogen səviyyəsinin azalması səbəbindən sümük sıxlığı zəifləyir. Kiçik travmalar nəticəsində sümük sınıqları baş verə bilər ki, bu da osteoporozun göstəricisi ola bilər. Sümük sağlamlığını qorumaq üçün düzgün qidalanma, fiziki aktivlik və həkim nəzarətində mineral əlavələr vacibdir.

Bədənin verdiyi bu siqnalları vaxtında tanımaq və müntəzəm həkim müayinələrindən keçmək sağlamlığın qorunmasında əsas amillərdən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
14
e-saglam.az

1Mənbələr