1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyədə "Əsrin fəlakəti" kimi xarakterizə edilən zəlzələlər zamanı böyük dağıntıların yaşandığı Adıyaman şəhərində dayanan saat qülləsi 2 ildir eyni rəqəmi göstərir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İHA-nın dərc etdiyi videosüjetdə bəhs edilib.
Məlumata görə, 6 fevral 2023-cü il tarixində baş verən 7,7 bal gücündə zəlzələ zamanı saat qülləsindəki vaxt 04.17-də dayanıb və iki ildir dəyişməyib.
Bu saat qülləsi Adıyamanda zəlzələnin simvoluna çevrilib. Adıyaman Bələdiyyəsi və vətəndaşların istəyi ilə saatın düzəldilməməsinə, olduğu kimi 04.17-də saxlanılmasına qərar verilib.
![](https://images.oxu.az/2025/02/06/eVYzxRNZJQNBrh0fdrC9PbCEEWmIcKr7NetlR7gE:450.jpg)
![](https://images.oxu.az/2025/02/06/CvLVONsZllh7DCly8YUjVdvCjdoWN0hAstuQNBop:450.png)
![](https://images.oxu.az/2025/02/06/mfVBDcMNUfN0mQ5AMt95FrSyiQjjoJgvtlVDREeu:450.png)
![](https://images.oxu.az/2025/02/06/io7azQ9KDflwVTpI2jdSUXYzPhZENNzYy4P27Bdc:450.png)