Qanunvericilikdə müvafiq dəyişiklik olsa, doktorantura təhsili ikipilləli sistemdən birpilləli sistemə keçirilə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz nazirlik olaraq doktorantura təhsilində köklü dəyişiklik edilməsinin tərəfdarıyıq", - deyə o qeyd edib.