AZ

"Volvo"nun IV rüb gəlirləri, 2025-ci il üçün proqnozları - Hesabat

İsveçin "Volvo Cars" şirkəti bu gün IV rüb üzrə əməliyyat mənfəətinin azaldığını açıqlayıb və 2025-ci ilin çətin bazar şəraiti ilə qeyri-sabit keçəcəyini proqnozlaşdırıb.  

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, Çinin "Geely" şirkətinin nəzarətində olan avtomobil istehsalçısı bildirib ki, bazarın əvvəlki illərdəki kimi sürətlə böyüyəcəyi gözlənilmir. Şirkət əlavə edib ki, artan rəqabət avtomobil sektorunda qiymət endirimlərinə səbəb ola bilər.  

"Nəticə etibarilə, 2024-cü ildə əldə etdiyimiz satış həcmini və mənfəət səviyyəsini qoruyub saxlamaq çətin olacaq", – deyə şirkətin baş icraçı direktoru Cim Rouan bəyanatında bildirib.  

Bununla belə, şirkət əsas əməliyyat mənfəəti marjının 7–8 % olacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.  

IV rübdə əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 5,4 milyard İsveç kronundan (495 milyon dollar) 3,9 milyard krona (357 milyon dollar) düşüb. Mənfəətə "Novo Energy" adlı batareya üzrə birgə müəssisəyə aid 1,7 milyard kronluq (156 milyon dollar) dəyərsilinmə də daxildir.  

Birgə müəssisələr və assosiasiyalar istisna olmaqla, əməliyyat mənfəəti 6,7 milyard krona (614 milyon dollar) qarşı 6,3 milyard kron (577 milyon dollar) təşkil edib.

Son illərdə elektrikli avtomobillərə tələbat zəifləyib ki, bu da qismən əlçatan modellərin çatışmazlığı və şarj məntəqələrinin ləng inkişafı ilə bağlıdır. Avtomobil istehsalçıları, eyni zamanda, Avropa və ABŞ-ın Çində istehsal olunan elektrikli avtomobillərə tətbiq edəcəyi gömrük rüsumlarının mümkün təsirlərinə hazırlaşırlar.  

Rəhim

Seçilən
9
valyuta.az

1Mənbələr