AZ

Santuş "Difai" - "Qəbələ" matçını stadiondan izlədi

Millimizin baş məşqçisi Fernando Santuş yerli liqaların oyunlarını izləməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis Misli premyer-liqası ilə yanaşı 1-ci liqanın matçlarını da diqqətdə saxlayır.

O, bu gün 1-ci liqanın 13-cü turu çərçivəsində keçirilən "Difai" - "Qəbələ" (0:1) matçını stadiondan izləyib.

Görüş Şamaxı şəhərindəki Olimpiya İdman Kompleksinin stadionunda keçirilib.

Seçilən
68
2
football-plus.az

3Mənbələr