AZ

Hindistanda təyyarə qəzaya uğradı - VİDEO

Hindistanın Madhya-Pradeş ştatında “Mirage 2000” qırıcı təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, lakin pilotlar katapult edə biliblər.    Manset.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri (IAF) özünün X sosial media hesabında məlumat yayıb. “Mirage 2000, sistem nasazlığı yaşadıqdan sonra müntəzəm təlim uçuşu zamanı Şivpuri (Qvalior) yaxınlığında qəzaya uğradı. Nəşr qeyd edir ki, "hər iki pilot təhlükəsiz şəkildə katapult edə bilib". Hindistan Hərbi Hava Qüvvələrinin rəsmiləri əlavə edib ki, hadisənin səbəbini müəyyən etmək üçün araşdırma aparılacaq.

Seçilən
31
1
manset.az

2Mənbələr