Ötən ilin oktyabr ayında İsrailin Tehranın müdafiə sistemini ciddi şəkildə zəiflədən hücumlarından sonra İran dünən keçirilən hərbi təlimdə Rusiya istehsalı olan uzaqmənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə edib.
Busaat.az “Fars News” agentliyinə istinadən bildirir ki, hərbi təlimlərdə İranın uzaqmənzilli hava hücumundan müdafiə sistemi “Bavar-373” və Rusiya istehsalı olan “S-300” HHM sistemi nümayiş etdirilib.
Qeyd edək ki, hərbi təlimlər İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşündən bir gün sonra keçirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta