"Meydan TV işi" üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayevin (Şəmşad Ağa) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən təqdimata baxılıb.
Publika.az Teleqraf.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəmədə istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub.
Şəmşad Ağayevin barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, onun evində axtarış aparılıb. Jurnalist qaçaqmalçılıqda ittiham edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov onun saxlanılması barədə məlumatı təsdiqləyib.
Bundan əvvəl "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.