AZ

Rusiyanın “Lotos” silahı ilk dəfə Əbu-Dabidə təqdim olunacaq

Rusiyanın “Lotos” özüyeriyən silahı ilk dəfə Əbu-Dabidə (BƏƏ) keçirilən IDEX-2025 sərgisində təqdim olunacaq.

Herbiand.az bildirir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.

“Mərkəzi Dəqiq Mühəndislik Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış 120 mm-lik perspektivli özüyeriyən artilleriya silahı “Lotos” ilk dəfə IDEX 2025 sərgisində xarici mütəxəssislərə nümayiş etdiriləcək”, - məlumatda deyilir.

"Lotos" 1980-ci ildə istismara qəbul edilmiş "Nona-S" qurğusunun əvəzi kimi hazırlanıb. O atış məsafəsi, daşınan sursat və əsas yüksək partlayıcı parçalanma mərmisinin gücü baxımından sələfini üstələyir.

BMD-4M amfibiya döyüş maşınına əsaslanan qurğu 120 millimetrlik hamar lüləli silah alıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
27
1
herbiand.az

2Mənbələr