Fransa Parisdəki "Rus evi"nin işini tam bloklama cəhdləri göstərir, onun hesabları dondurulub.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məlumat verib.
"Hazırda hesabların dondurulması yolu ilə "Rus evi"nin fəaliyyətini tam dondurmaqla bağlı cəhdlər göstərilir. Bu məsələ ilə bağlı fransızlarla çətin danışıqlar aparırıq, xüsusilə də ona görə ki, "Rus evi" burada ikitərəfli saziş əsasında qanuni fəaliyyət göstərir və Rusiyada Fransız Mədəniyyət Mərkəzi fəaliyyət göstərir", - o bildirib.