AZ

Marselo peşəkar karyerasını başa vurub

Braziliyalı futbolçu Marselo karyerası ilə bağlı yekun qərarını verib.

Apasport.az xəbər verir ki, 36 yaşlı sol cinah müdafiəçisi peşəkar karyerasını başa vurub. Təcrübəli oyunçu bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Marselo "Fluminense"nin yetirməsidir. Ulduz futbolçu karyerası ərzində "Real" (2007-2022) və "Olimpiakos"da (2022-2023) da çıxış edib. O, son olaraq yenidən "Fluminense"yə qayıdıb. Müdafiəçi ötən ilin noyabr ayından klubsuz idi.

Qeyd edək ki, Marselo Braziliya millisinin heyətində 2006-cı ildə debüt edib və yığmada keçirdiyi 58 rəsmi matçda 6 qol vurub.

"Fənərbaxça" azarkeşlərinə bəd xəbər: Zədəli oyunçuların vəziyyəti

Kilan Lebonun yeni klubu bəlli oldu

"Santos"a qayıdan Neymarın ilk matç performansı - VİDEO

“Real”dan səfərdə əzmkar qələbə

“Arsenal” kubokla vidalaşdı

Seçilən
35
4
apasport.az

5Mənbələr