AZ

Tramp hökuməti G20-ni boykot etdi

ABŞ Dövlət katibi Marko Rubio sammitin anti-amerikan mövqeyini əsas gətirərək G20-nin Cənubi Afrikada keçiriləcək toplantısında iştiraklnı ləğv edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rubio G20-nin iqlim dəyişikliyi və inklüzivliyin tərəfdarı olduğunu qeyd edərək bunu "Amerikanın milli maraqlarına təhlükə" adlandırıb.

Rubio iddia edir ki, Cənubi Afrika həmrəylik, bərabərlik və sabitlik ideologiyasını təşviq etmək üçün G20-dən istifadə edərək şübhəli siyasət yürüdür. 

“Cənubi Afrika çox pis işlər görür. Xüsusi mülkiyyəti qəsb edilir. Həmrəylik, bərabərlik və davamlılığı təşviq etmək üçün G20-dən istifadə edir. Başqa sözlə, müxtəliflik, bərabərlik, inklüzivlik və iqlim dəyişikliyi... Mənim işim vergi ödəyicilərinin pullarını israf etmək və ya anti-Amerika maraqlarına xidmət etmək deyil, ABŞ-nin milli maraqlarını inkişaf etdirməkdir”,- deyə Dövlət katibi bildirib.

Seçilən
13
cebheinfo.az

1Mənbələr