"Real Madrid"in sabiq ulduzu karyerasını bitirdiyini açıqladı.
Offsideplus.az xəbər verir ki, Marselo 36 yaşında futbolla vidalaşdığını açıqladı.
Professional karyerasına 17 yaşında başlayan braziliyalı ümumi 721 oyuna çıxıb və 58 qola, 117 məhsuldar ötürməyə imza atıb.
Futbolçu karyerası ərzində "Real Madrid", "Olimpiakos" və "Fluminense"nin formasını geyinən Marselo 3 klubda toplam 28 kubok qazanıb.