Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/e8008b9b-d95d-4994-b13a-1d1b0982d803/ef5062d0-9dc1-4cee-b150-0e9bc88aff90.jpg)
"Belə müəyyən edilir ki, hansısa kursu bitirməklə plastik cərrah kimi fəaliyyət göstərməyə rəsmi şəkildə qadağa qoyulub. Plastik əməliyyat edə bilən şəxslərin 11 illik təhsili olmalıdır ki, plastik əməliyyat icra etmək üçün lisenziya ala bilsinlər. Həmin şəxslər Tibb Universitetini bitirdikdən sonra rezidentura pilləsi üzrə həkim və ya cərrah olmaq səlahiyyətinə malik olmalıdırlar. Yalnız belə olan halda plastik cərrahiyə həyata keçirə bilərlər.
Səhiyyə Nazirliyi tərəfindən lisenziyası ləğv olunan şəxslər artıq plastik cərrah kimi fəaliyyət göstərə bilməzlər".
Əfsanə Kamal
Demokrat.az